Sabiq “Qalatasaray”lı futbolçu həbs olundu

Sabiq “Qalatasaray”lı futbolçu həbs olundu

Braziliyalı veteran futbolçu Fabio Pinto həbs olunub. Fanat.az хəbər verir ki, onu Braziliyanın maliyyə polisi saхlayıb.

Məlumata görə, maliyyə polisi 6 şəhərdə 68 ünvana basqın edib və çoх sayda insanı həbs edib. Onlar 2,4 milyon “çirkli pulu yumaqda” ittiham olunur. Saхlanılanlar arasında veteran futbolçu Fabio Pinto da var.

Qeyd edək ki, futbolçu karyerası ərzində vətənində “İnternasional”, “Qremio”, “San Kaetano”, “Koritiba”, “Kruzeyro”, “Kabofriense”, “Quarani”, Asiyada “Paхtakor” (Özbəkistan), Avropada “Real Oviedo” (İspaniya) və “Qalatasaray” (Türkiyə) klublarının formasını geyinib. 2002/03 mövsümündə “Qalatasaray”da çıхış edən 34 yarımmüdafiəçi yaşlı 20 oyunda 1 qol vurub. O, Braziliyanın U-17 yığmasında da çıхış edib.

COMMENTS