Sabirabadda evdə qaz balonu partladı

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla məlumatına görə, yanğın rayon mərkəzindən 14 km aralıda yerləşən Yolçubəyli kəndində baş verib. Yanğın hadisəsi vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yaşanıb.

Maye qaz balonunda yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

COMMENTS