Səhiyyə Nazirliyindən ana ölümü ilə bağlı açıqlama

Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınan ana ölümünün ilkin səbəbini açıqlayıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün iyulun 28-də xəstəxanaya gətirilib. N.Əliyeva əməliyyata götürülüb və uşaq ana bətnindən götürülüb. Lakin ana narkozdan ayılmayıb. Bu, qadının birinci doğuşu olub. İlkin məlumata görə, ana tromboemboliyadan dünyasını dəyişib.

Amma son rəy Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən veriləcək. Hazırda faktla bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmadan sonra hadisənin dəqiq səbəbi və kimin günahından baş verməsi məlum olacaq.

COMMENTS