Sələfi alim İŞİD-dən üz döndərdi

Bu günə qədər İŞİD-i dəstəkləyən və terrorçuların maraqlarını qoruyan sələfi alimi bu gün terrorçuları zalım adlandırdı

 

İslamazeri.az-ın “Al-Alam”a istinadən verdiyi xəbərə görə, vəhhabilərin tanınmış müftilərindən olan Əbdüləziz Ali Şeyx Cümə namazından sonra çıxışında İŞİD terrorçularının cinayətlərinə toxunub: “Dinin əsas hədəflərindən biri insanların canını qorumaq və qanının axıdılmasının qarşısını almaqdır. İnsanların haqqına təcavüz etmək böyük zülm və günahlardandır. İnsan öldürmək Allahın kitabı və Peyğəmbərin (s) sünnəsinə əsasən haramdı. Ey cavanlar, təqvalı olun və bu şəxslərlə əlaqədən uzaq olun. Onlar sizin və dinin düşmənləridir və bütün işləri xəbis və yoldan azdırandır. Onların şərrini müsəlman ölkələrindən uzaq olmasını Allahdan istəyirəm.

COMMENTS