Şagird müəlliməni güllələdi

Analitik.az xarici mətbuata istinadən məlumat verir ki, dərs vaxtı sinif otağında 9-cu sinif şagirdi alman dili mülliməsinə atəş açıb.

 

Güllə yarasından müəllimə ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Şagirdi tutublar. Estoniyanın təhsil naziri və baş naziri həlak olan müəllimənin yaxınlarına başsağlığı veriblər. Estoniyanın hadisə baş verən Vilyandi şəhəri bütünlükdə şokdadır. Məlum olub ki, həlak olan müəllimənin 56 yaşı varmış. Şagird ona pistolet silahdan atəş açıb.

COMMENTS