Salyanda ağır qəza: bir məmur həlak oldu, biri isə yaralandı

Salyanda ağır qəza: bir məmur həlak oldu, biri isə yaralandı

Salyanda ağır yol-nəqliyyat qəzasına düşənlər işdən qayıdan kənd icra nümayəndəliyinin işçiləri olub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, qəzada həyatını itirmiş 27 yaşlı Seyidabdulla Ağalarov rayonun Qaraqaşlı kənd icra nümayəndəliyinin mühasibi olub. Xəsarət almış sərnişin-35 yaşlı Tural Tahir oğlu Tarıverdiyev isə Qaraqaşlı kənd icra nümayəndəsinin müavinidir.

* * *19:34

Bu gün axşam saatlarında Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan Mərkəzi Rayon Xəstəxanasının (MRX) qarşısından keçən yolda 27 yaşlı Salyan sakini Seyidabdulla Şahin oğlu Ağalarovun idarə etdiyi 10 MT 211 dövlət nömrə nişanlı “BMW” markalı minik maşını yağışlı havada hərəkətdə olarkən sərt döngədə idarəetməni itirərək qarşı-qarşıya “KamAZ” markalı yük maşınına çırpılıb. Ağır xəsarətlər alan sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişin-33 yaşlı Tural Tahir oğlu Tarıverdiyev isə müxtəlif dərəcəli xəsarətlərlə Salyan MRX-yə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Dosye.org

COMMENTS