“Şantajçı polkovnik-leytenant” N. Nəbiyevin hərbi hissəyə göndərdiyi gənclər geri qaytarıldı- BIABIRÇILIQ

“Şantajçı polkovnik-leytenant” N. Nəbiyevin hərbi hissəyə göndərdiyi gənclər geri qaytarıldı- BIABIRÇILIQ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad şöbəsindəinanılmaz hadisələr qeydə alınıb.

Dosye.org-a daxil olan növbəti məlumatlarda bildirilir ki, rayondan həqiqi hərbi xidmətə yollanan gənclərin bir neçəsi hərbi hissədən geri qaytarılıb. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyev, səhətində ciddi problemləri olan gəncləri qanunsuz yollarla səfərbərliyə cəlb edib. Məlumatda o da vurğulanır ki, həmən gənclər hərbiyə yararsızdır və “şantajçı polkovnik-leytenant” N. Nəbiyev qurbanlarına çevrilib. Ötən yazılarımızda qeyd etmişdik ki, şöbə rəisi işlədiyi müddət ərzində böyük karrupsiya hallarına yol vermiş, imkanlı və eyni zamanda həqiqi hərbi xidmətə yararlı gəncləri rüşvət hesabına “yararsız” etmişdir.

Əgər doğrudanda göstərilən faktlar böhtan və şantajdırsa o zaman “şantajçı polkovnik-leytenant” N. Nəbiyev, nə üçün məhkəməyə müraciət etmir? Deməli, şöbə rəisin haqqında yazılan bütün iddialar əsaslıdır və qərərsizdir. Maraqlı məqam ondan ibarətdir ki, dəfələrlə tənqid hədəfinə çevrilən N. Nəbiyev  nəticə çıxartmaq əvəzinə növbəti dəfə böyük biabırçılığa imza atıb. Bir neçə gəncin həyatı ilə oynamaq, habelə etibar edilən vəzifədən sui-istifadə etrmək, gəncləri həqiqi hərbi xidmətdən yayındırmaq, yararsız gəncləri hərbi hissəyə yollamaq  sözünhəqiqi mənasında birbaşa dövlət başçısı Ali Baş Komandan İlham Əliyevə ən ağır zərbədir. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, istənilən an müharibəyə hazır olmalıyıq. Əgər sülh yolu ilə torpaqlarımız geri qaytarılmasa bu zaman düşmən üzərinə getmək və işğalda olan torpaqlarımızı azad etməliyik. Sual yaranır. Əgər müharibə başlayacağı təqdirdə, düşmən üzərinə hansı gənclərlə getmək olar? “Şantajçı polkovnik-leytenant” N. Nəbiyevin hərbi hissəyə göndərdiyi yararsız gənclərləmi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Arzu Rəhimovun qəzəbinə tuş gələn N. Nəbiyev bundan sonrakı taleyi olduqca maraqlıdır.

Görünür, bu şəxs ən yüksək səviyyədə “krişa” hesabına qorunur. Kimdir xəyanətkar şöbə rəisini qoruyan? Kimdir, onu müdafi edən?

Özünün bildirdiyi kimi, Cəlilabad RİH başçısı Namik Zeynalovdur.

Qeyd edək ki, ötən illər ərzində bu cür neqativ hallar kifayət qədər qeydə alınıb və lazımı tədbirlər görülüb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Arzu Rəhimov təyin edildikdən sonra dəyişiliklər lazımı qaydada aparıldı. Bütün bunlara baxmayaraq bəzi şöbə rəisləri A. Rəhimovun hümanistliyindən istifadə edərək şəxsi maraqlarına xidmət edirlər. Məhz bu amil general üçün də heç də müsbət hal kimi hesablanmır. Bəzən qətiyətli qərarları ilə bir neçə şöbə rəisinə son xəbərdarlıqlar gözlənilmədən yuxarıdan “ telefon zəng”ınə qurban verilir. Onu da nəzərinizə çatdıraq ki, A. Rəhimov vətənini sevən, dövlətə və dövlətçiliyə xidmət edən generallarımızdandır. Əfsüslər olsun ki, generalın gördüyü yüksək səviyyədə təqdirəlayiq işlər “Şantajçı polkovnik-leytenant” N. Nəbiyev tərəfindən kölgə altına alınır. Yuxarıda göstərilən məlumat bir daha təsdiq edir ki, N. Nəbiyev dövlətə ən ağır zərbə vurmaqla yanaşı döyüşkən gənclərimizi vətən uğranda vuruşmağdan yayındırır. Araşdırmalarımız davam edir.

DOSYE.ORG

COMMENTS