Saray qəsəbəsində F-1 qumbarası tapıldı.

Abşeron rayonu, Saray qəsəbəsində döyüş sursatı aşkarlanıb.

Axar.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirərkən müəyyənləşdiriblər ki, bu, istifadəyə yararsız olan F-1 markalı əl qumbarasıdır.

Qumbara Nazirliyin mütəxəssisləri tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi meydançaya aparılıb. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 15:55-də başa çatıb

COMMENTS