Sərkisyandan açıqlama:“Konflikt həll olunmayacaq”

“Biz hesab edirik ki, konflikti kompromis əsasında, ATƏT-in həmsədrlərinin təklif etdikləri prinsiplərlə həll etmək lazımdır”.

Axar.az xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sərkisyan Soçidə üçtərəfli görüş zamanı bildirib.

“Azərbaycan tərəfi həmişə BMT-nin dörd qətnaməsinə müraciət edir. Onda cənab Əliyevə belə bir sual verirəm: Bəs Azərbaycan bu qətnamələrin hansı bəndini yerinə yetirib? Bu qətmanənin bəndlərini yerinə yetirən Ermənistandır. Ermənistan buna uyğun olaraq hərbi əməliyyatları dayandırıb. Əgər biz yenidən 90-cı illərə qayıtsaq, mən fikirləşirəm ki, bu bir tərəfdən yaxşı olacaq, digər tərəfdən isə ola bilsin ki, ləngisin. Əgər biz yenidən bir-birimizi günahlandıracağıqsa, hesab edirəm ki, uzun müddət bu konflikt həll olunmayacaq”, – deyə Sərkisyan bildirib.

COMMENTS