Sement bazarı böhran zolağında

Sement bazarı böhran zolağında

Bu ilin beş ayında Azərbaycanda sement istehsalı 30,3% azalıb.

Bu, ilk növbədə işgüzar aktivliyin və iqtisadiyyata dövlət investisiyalarının azalması ilə bağlıdır.

Yanvar-mayda sement istehsalı 829 min ton təşkil edib. Dövlətstatkoma görə, bu dövrdə beton zavodları 177 min ton beton  qatışığı istehsal edib. Bu, 2015-ci ilin eyni dövrünün göstəricisindən 60% azdır.

Sementə tələbatın azalması sement yarımfabrikatı klinkerin idxal həcminə də təsir edib. Hazır məhsul nəzərə alınmaqla 140,5 min ton sement məhsulu idxal edilib. Bu, 2015-ci ilin eyni dövrünün göstəricisindən 55% azdır.

Azərbaycanda istehsal edilən klinkerin bir hissəsi Gürcüstana ixrac edilir. İdxal və ixrac eyni qiymətədir – tonu $46,6.

Azərbaycanda əsas sement istehsalçıları “Norm” MMC, “Qazax Sement” MMC və “Holcim (Azerbaijan)” ASC-dir. Onların ümumi illik gücü 4,7 mln ton sementdir (contact.az).

Dosye.org

COMMENTS