Sevinc Babayevanın oğlu tutuldu

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolardakı əsas fiqurlardan biri, sonradan Türkiyədə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov tutulub. O, ötən gecə arvadını bıçaqladığı üçün polis tərəfindən axtarılırdı.
 
Hadisə Bakının Binəqədi rayonunda baş verib. Binəqədi qəsəbəsi 1-ci mədən korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
 
İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. 
 
A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. S.Babayeva “İnterpol” xəttilə axtarışa verilib. 
 
O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

COMMENTS