“Sevinirik ki, qolu Rauf vurdu” – Aftandil Hacıyev

“Sevinirik ki, qolu Rauf vurdu” – Aftandil Hacıyev

“Oyunun çətin keçəcəyini bilirdik. Qışdan sonra məğlub olmayan iki komandadan birinə qarşı oynadıq. Yaxşı çıxış etdik”.

Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 19-cu turunda “Neftçi” ilə oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesabı ilə başa çatan görüşü belə şərh edib: “Əvəzetmədən meydana daxil olan futbolçular ümumi plandan qopmadılar. Hücumda çoxalmağın çətin olacağını anlayırdıq. Son dəqiqədə xarakter göstərdik. Hər bir xal bizim üçün önəmlidir. Futbolçuları göstərdikləri xarakterə və qələbəyə görə təbrik edirəm. Rəqibə də uğurlar arzulayıram”.

A.Hacıyev yeni transfer Rauf Əiyevin qol vurmasına sevindiyini bildirib: “Qoldan sonra aktivliyi artırdıq. Standart vəziyyətdən fərqləndik. Sevinirik ki, qolu da Rauf Əliyev vurdu. Bu onun özünə inamını artıracaq. Maykl Essyenin ağayında ağrı olduğuna görə əvəzləndi. Sabah müayinədən sonra hər şey bəlli olacaq”.

DOSYE.ORG

COMMENTS