“Şeydayevə yeni klub axtaracaqlar” – Ruslar Ramildən yazdı

“Şeydayevə yeni klub axtaracaqlar” – Ruslar Ramildən yazdı

Rusiyanın “Matchtv.ru” saytı “Dinamo”nun cari mövsümün ilk yarısındakı çıxışını qiymətləndirib.

Qol.az xəbər verir ki, rusiyalı həmkarlarımız Moskva təmsilçsində çıxış edən millimizin üzvü Ramil Şeydayev haqda da yazıb. Onun bu qış komandadan ayrılacağı gözlənildiyi vurğulanıb.

“Mövsümə əsas hücumçu kimi Ramil Şeydayev başlamışdı. Yayda “Krılya Sovetov”dan azad agent kimi komandaya gəlmişdi. Qışda böyük ehtimalla, ona yeni klub axtaracaqlar”.

Yazıda qeyd olunub ki, klub mövsümün gedişatında yeni hücumçulara ehtiyac olduğunu anlayıb: “Sentyabrın əvvəlində bilinəndə ki, pat vəziyyətidir, “Ufa”dan İqbun icarəyə götürüldü. Nigeriyalı mərkəz hücumçusu sayılmır (tez-tez meydanın dərinliyinə və cinahlara çəkilir) və məhsuldar deyil (karyerasında yalnız bir dəfə milli liqada 10 qol sayına çatıb,- “Danimarkanın “Midtyulland” klubunun heyətində). Ancaq öz oyun səviyyəsi sayəsində Şeydayevi heyətdən çıxara bildi”.

Yazıda eyni zamanda R.Şeydayevin cari mövsümün ilk yarısı üçün “Dinamo”dakı göstəriciləri yer alıb. O, 501 dəqiqə meydana olub. 5 matçda əsas heyətdə yer alıb. Bu matçlarda qol vura bilməyən 23 yaşlı hücumçu 1 qol ötürməsi verib. Ramil qapıya 8 zərbə vurub. Onlardan 7-i cərimə meydanı daxilində olub.

DOSYE.ORG

COMMENTS