Şəmkirdə qapı-pəncərə sexi yanıb

Avqustun 7-də, gecə saatlarında Şəmkir rayonunun Dəllər qəsəbəsində yanğın hadisəsi baş verib.

 

Fins.az-ın məlumatına görə, qəsəbə sakini Nəriman Hüseynova məxsus ümumi sahəsi 300 kvadratmetr olan “qapı-pəncərə” sexi yanıb. Zərərçəkən yanğının səbəbini bilmədiyini deyib: “Yanğın elektriklə bağlı olmayıb. Yanğına başqa nəyin səbəb olduğunu bilmirəm”.

Onun sözlərinə görə, yanğın nəticəsində sexlə birgə içindəki taxta materiallar, 7 ədəd qapı, qapı çərçivələri, dəzgahlar, qapı-pəncərə düzəltmək üçün əl ləvazimatları yanıb.
N.Hüseynov dəymiş ziyanın məbləğinin hələlik dəqiqləşmədiyini deyib. O, taxta sexinin sığortalı olduğunu desə də, hansı sığorta şirkətində sığortalandığını bildirməyib.

COMMENTS