Şimali Koreya kiçik atom bombası yaradıb

Şimali Koreya miniatür, kiçik atom bombası yaratdığını bəyan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət televiziyası məlumat yayıb. Aparıcı efirdə Dövlət Müdafiə Komitəsinin pres-relizini oxuyub. Sənəddə ölkədə kiçik bomba yaradıldığı və bunun böyük nailiyyət olduğu bildirilir.

Bundan əvvəl Şimali Koreyanın suyun altında balistik raketin sınağını keçirdiyi bildirilmişdi.
ABŞ bu sınağın nüvə silahlarının yayılmaması ilə bağlı rejimə təhlükə olduğunu bəyan edib.

COMMENTS