Şirvanda kişi keçmiş arvadını bıçaqlayaraq hadisə yerindən qaçıb

Şirvanda kişi keçmiş arvadını bıçaqlayaraq hadisə yerindən qaçıb

Şirvan şəhərində kişinin keçmiş arvadını bıçaqlama hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 18-də saat 21 radələrində, şəhərin H.Əliyev küçəsi, ev 1 ünvanında baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Qubadova Günay Hətəm qızı keçmiş əri, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan Quliyev Azad Ərəstun oğlu tərəfindən döş və qarın nahiyəsindən bıçaqlanılıb.

Daha sonra yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

A.Quliyevin tutulması istiqamətində təcili və təxirə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

DOSYE.ORG

COMMENTS