Şok: Rauf Arifoğlunun qələbəsi rəsmən elan edilmədi

Şok: Rauf Arifoğlunun qələbəsi rəsmən elan edilmədi

Mərkəzi Seçki Komissiyasının bu dəqiqələrdə elan etdiyi ilkin siyahıda nəticələri elan olunmayan 7 dairədən dairə biri də 35 saylı Xətai üçüncü seçki dairəsidir.

RealMedia.az xəbər verir ki, həmin dairədə əsas iki namizəd – “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə mübarizə aparır.

Ekzit-pollun nəticəsinə görə, Rauf Arifoğlu 45,1 faizlə sözügedən dairənin lideridir. R.Arifoğlu özü də sosial şəbəkə hesabından əsas rəqibini 5 min səslə üstələdiyini açıqlayıb.

Buna baxmayaraq, Mərkəzi Seçki Komissiyasının sədri 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələrinin hələ hazır olmadığını bildirdi və indiyə qədər sayılan məntəqələr əsasında da heç bir rəsmi rəqəm açıqlamadı.

DOSYE.ORG

COMMENTS