Somalidə hərbi karvana hücum: 12 ölü, 27 yaralı

Somalidə hərbi karvana hücum: 12 ölü, 27 yaralı

Hadisə paytaxt Moqadişonun 20 kilometrliyində baş verib

 

Somalidə Afrika ittifaqının hərbi karvanına hücum olunub.

Anspress-in məlumatına görə, kamikadze tərəfindən təşkil olunan hücum nəticəsində azı 12 nəfər həlak olub. Daha 27 nəfər isə yaralanıb.

Hadisə Somalinin paytaxtı Moqadişonun 20 kilometrliyində baş verib.

Rəsmi açıqlamaya görə, içinə partlayıcı maddə yüklənmiş avtomobil hərbi karvanla toqquşub.

Partlayış nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

COMMENTS