“Son sutkada Rusiyanın 400 hərbçisi məhv edilib” – Ukrayna Baş Qərargahı

“Son sutkada Rusiyanın 400 hərbçisi məhv edilib” – Ukrayna Baş Qərargahı

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

DOSYE.ORG xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada Rusiyanın 400, ümumilikdə isə 46 250 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 936 tank, 4 251 zirehli döyüş maşını, 1040 artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 834 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 162 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

COMMENTS