Sonolay.org-un baş redaktoru təhdid olunur: PREZİDENTƏ MÜRACİƏTİ

Sonolay.org-un baş redaktoru təhdid olunur: PREZİDENTƏ MÜRACİƏTİ

ramin.jpg

Bu barədə baş redaktor Ramin Məhəmmədoğlunun mobil telefonuna 055 834 34 91 mobil nömürəsindən zəng gələrək təhdid olunub.

Baş redaktoru təhdid edən şəxs adını da gizlədib və əvvəlcə onun Sonolay.org saytnın baş redaktoru olub olmamasını soruşduqdan sonra onu təhdid etməyə başlayıb. Bu azmış kimi saytını dağıtdıracağı ilə də hədələyib.

“Artıq sayta hücumlar var, çalışırıq ki, həmin hücumların qarşısını ala bilək” – bunu baş redaktor R. Məhəmmədoğlu Sonolay.org-a öz açıqlamasında deyib.

R. Məhəmmədoğlu onu da vurğulayıb ki, ona qarşı olunan açıq təhdidlər yalnız Füzuli rayon icra hakimiyyəti başçısı və oğlu Elvin Alıyev tərəfindən oluna bilər. “Çünki az öncə etibarlı mənbədən aldığımız səhih məlumatlarda Alı Alıyevin oğlu Elvin Alıyevin məxsus 3 bahalı avtomaşınının olması və həmin avtomobilləri hansı nömürə ilə idarə etməsi barədə geniş xəbər verəcəyimizi yazmışdıq” – deyə baş redaktor vurğulayıb.

R. Məhəmmədoğlu bildirir ki, həmin yazı sayta yerləşdiriləndən 20-25 dəqiqə sonra ona bəlli nömürədən zəng olunaraq təhdid olunub.

Hazırda baş redaktor ona olunan təhdidlərdən dolayı ölkə prezidentinə, Daxili İşlər Naziri Ramil Usubova, DTX – nin rəisi Mədədt Quliyevə və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayır. Adı çəkilən müvaffiq qrumlardan ona olunan təhdidlərdən dolayı təhlükəsizliyinin təmin olunmasını və həmin mobil nömürəsinin araşdırılıb təhdid edən şəxsin şəxsiyyətini müəyyən edib ortaya çıxarmalarını xahiş edir.

COMMENTS