“Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir…”-ŞİKAYƏT VAR

“Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir…”-ŞİKAYƏT VAR

“Şikayətim və narazılığım “HOPE LAKE Guest House Zakatala”nın göstərdiyi xidmətdəndir, buna xidmət demək olarsa….” Dia-az.info bildirir ki, bunu öz gileyində Aida Tuzova ifadə edib. Narazı vətəndaş daha sonra bildirir:

“Deməli, 10 mart tarixində Novruz bayramlarına 23 və 24 mart tarixlərinə 2 ailə üçün 2 ev bron etməyə qərar verdik və qeyd olunan mehmanxana ilə əlaqə saxlayaraq ilkin ödəniş göndərdik. Lakin bir gün sonra valideyinlərimizin üzürlü səbəbdən gedə bilməyəcəklərini öyrəndik. Dərhal mehmanxana ilə əlaqə yaradaraq bu məlumatı verdik və ödənilən ilkin ödənişin yalnız bir ev üçün nəzərə alınmasını xahiş etdik. Təqdim olunan cavab bizi təəccübləndirdi, səhifəni cavablayan admin ikinci evin bron olunmasına görə ilkin ödənişin digər evə keçirilməsinin mümkün olmadığını bildirirdi. Eyni gündə (12 mart) əlaqə saxlayıb məsələni müzakirə etdikdən sonra, yalnız ikinci ev üçün digər müştəri tapdıqları halda bizim ilkin ödənişi birinci evə keçirəcəklərini söylədi. Telefon danışığından sonra bu məsələ ilə bağlı bir daha bizi narahat edən olmadı və martın 15 instagram səhifələrində yalnız ayın 19 və 20 üçün boş evlər olduğu barədə post paylaşıldı. Postu görən biz düşündük ki, ev üçün müştəri tapıldı. 23 tarixi yola çıxdıq və rayona çatdıqda həmin ev üçün hələdə müştəri tapa bilmədiklərini öyrəndik. Məsələ orasındadır ki, həmin evə 12 gün ərzində müştəri tapılmamasının günahkarı mən olmadığım halda, zərəri mən çəkmiş oluram🥹 Əlavə olaraq, həmin gün gecələyib növbəti gün oranı tərk etdiyimiz təqdirdə, bizdən hər iki gecənin ödənişi tələb edildi.
Beləliklə, narazı və yorğun halda mehmanxananı dərhal tərk etmək qərarına gəldik. Yaranmış məsələdə personalın və rəhbərliyin biganə və laqeyid qalması bizi həmin məkandan soyutdu…”

COMMENTS