Su nasosxanasını ildırım vurdu – Badamdar susuz qaldı

Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurub.

Modern.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə,  nasosxananın elektrik təchizatı sistemini ildırım vurduğundan qəsəbənin içməli su təchizatında 14 iyun saat 15-ə qədər fasilə olacaqdır.

Məlumata görə, hazırda “Azərsu” ASC-nin mütəxəssisləri hazırda hadisə yerində qəzanın nəticələrini aradan qaldırırlar.

Dosye.org

COMMENTS