Sudanda dövlət çevrilişi – Ordu baş nazir və 4 naziri HƏBS ETDİ

Sudanda dövlət çevrilişi – Ordu baş nazir və 4 naziri HƏBS ETDİ

Sudanda ordu baş nazir Abdullah Hamdukun iqamətgahına basqın edərək onu həbs ediblər.

Musavat.com Avropa.info-ya idtinadən xəbər verir ki, bu haqda ərəb mediası “son dəqiqə” başlığı ilə xəbərlər yayıb.

Məlumata görə, ordu paytaxtda yolları və körpüləri bağlayarkən ən azı 4 nazir həbs edilib.

Paytaxt Xartumda insanlar küçələrə çıxaraq çevriliş cəhdinə etiraz ediblər.

Ölkədə internet və telefonların kəsildiyi bildirilir.

Sudan Peşəkarları Dərnəyi və Müqavimət Komitəsi xalqı küçələrə çıxmağa, yolları bağlamağa, etiraz etməməyə və çevrilişə qarşı çıxmağa çağırıb.

Bu addım Sudanın mülki və hərbi liderləri arasında həftələrlə davam edən gərginliyin, o cümlədən sentyabrdakı uğursuz çevriliş cəhdindən sonra atılıb.

Qey edək ki, dünən ABŞ-ın xüsusi elçisi Cefri Feltman Xartuma səfər etmişdi.

DOSYE.ORG

COMMENTS