Sumqayıtda avtomobilin vurduğu şəxs xəstəxanada öldü

Sumqayıtda avtomobilin vurduğu şəxs xəstəxanada öldü

Sumqayıtda yol qəzası olub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, aprelin 14-də Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qubadlı rayon sakini Abbas Məmmədov vurulub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini H.Həsənov saxlanılıb.

A.Məmmədov xəstəxanada ölüb.

DOSYE.ORG

COMMENTS