Sumqayıtda taxta bazarı yanıb

Sumqayıtda taxta bazarı yanıb

Bu gecə Sumqayıt şəhərində yanğın qeydə alınıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sahibi məlum olmayan, ümumi sahəsi 500 kv.m olan taxta satışı bazarının ərazisində 200 kv.m sahəyə yığılmış 80 kub.m taxta materialları yanıb.

Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

COMMENTS