Suriya danışıqlarına 15 ölkə cəlb edilib

Suriya danışıqlarına 15 ölkə cəlb edilib

Vyanada bu gün keçiriləcək Suriyaya dair görüşdə 15 dövlətin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.   

“Görüşdə Aİ nümayəndələri də daxil olmaqla 15-dək ölkənin  iştirak edəcəyi gözlənilir”, deyə Kirbi bildirib. 

Qeyd edək ki, Vyanada ötən gün Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanın XİN rəhbərləri və ABŞ-ın dövlət katibinin görüşü keçirilib.

Oktyabrın 30-da qeyd olunan “dördlüyə” daha bir neçə dövlətin XİN rəhbərlərinin qoşulacağı gözlənilir. Onların arasında Misir, İran, İraq və Livanın da olacağı bildirilir.

COMMENTS