Sürücülərə xəbərdarlıq: Bu yollar bağlanır

Sürücülərə xəbərdarlıq: Bu yollar bağlanır

Azəryol ASC sürücülərə xəbərdarlıq edib.

Dosye.org  xəbər verir ki, qurumdan axar.az-a verilən məlumata görə, iyul ayının 22-dən 23-nə keçən gecədən etibarən Qara Qarayev prospektinin Rüstəm Rüstəmov (Neftçilər metrosu) və Bəhruz Nuriyev (“Laçın” ticarət mərkəzi) küçələri arasında yerləşən hissəsi təmir işləri ilə əlaqədar olaraq qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanır.

Sürücülərdən bunu nəzərə alaraq öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmək tövsiyyə olunur.

Dosye.org

COMMENTS