“Təəssüf edirəm ki, Qvardiola gedəcək”

“Bavariya”nın fəxri prezidenti Franz Bekkenbauer Xosep Qvardiolanın mövsümün sonunda komandanı tərk etmək barədə qərarına münasibət bildirib
 
Goal.az xəbər verir ki, Almaniya futbolunun əfsanəsi fikirlərini şəxsi tvitter hesabında qeyd edib.
 
“Təəssüf edirəm ki, Qvardiola gedəcək. Onu “Bayern”in sükanı arxasında daha çox izləmək istərdim. Bu komandanı o qurub, bütün fikirlərini və ideyalarını ona hopdurub. Amma heç kimi əbədi tutub saxlamaq olmaz. Karlo Ançelotti ideal əvəzedici olacaq”

COMMENTS