Təbriklər, dalğalarda SAVAŞAN adam!.

Təbriklər, dalğalarda SAVAŞAN adam!.

Təbriklər, qəhrəman ADAM! 
Dərin okeanlarda bir gəmi üzürdu, Azərbaycan adına və o gəmilərdə bir bayraq dalğalanır – Üçrəngli Azərbaycan Bayrağı…
Ən hündür dalğalara qalib gəlmişdi dünya okeanlarında üzən o gəmilərin sahibi… Lövbərini də  arzularının sahili bidliyi Türkiyədə salmışdı. Yanlış yapdığını sonralar başa düşəcəkdi adam… Ki, ancaq pullu müsəlman dövlətlərinin başçısına qardaş deyən Ərdoğanın rəhbərlik etdiyi qardaş Türkiyədə lövbər salmaq bu zamanlar çox qorxulu imiş.  Azərbaycan adına bütün gəmilər Ərdoğan zamanında batırılmaq təhlükəsi hamımızı üzdü.  İllər öncə yazmışdım Ərdoğan haqqında…Ki, bu adam Türkiyəni hara qədər aparacaq bu siyasətlə? Onu da yazmışdım ki, Ərdoğan qardaş Türkiyənin prezidenti olana qədər PKK ilə savaş dağlarda gedirdi, o hakimiyyətə gələndən sonra savaş paytaxta gətirildi.
Türkiyəni qardaş dövlət hesab etməsəydim, bəlkə də yazardım ki, mənlik deyil bu ölkənin siyasəti.
Təbrik üçün ZƏRURİ QEYD: Sosial şəbəkələrdə və bəzi dostlardan eşitdiyim bu ifadələrlə heç zaman barışmaq zorunda qalmadım: Xalq olaraq heç vaxt öz qəhrəmanlarımızı qoruya bilmədik.  İstər müharibə, istər biznes, istərsə də elm qəhrəmanlarımızı. Döyüşən ordu formalaşdıra bilmədik. Bilirsiniz niyə? Hakimiyyət və bu millətin övladları heç vaxt təbliğat aparmadılar ki,  Azərbaycanın ən böyük müttəfiqi məhz bu dövlətin vətəndaşlarıdı.
Azərbaycan dövlətinin ən böyük müttəfiqi  öz vətəndaşlarımızdı, cənablar!  Amma müttəfiq yox, bəzən düşmən oldu bu ölkənin vətəndaşları bir-birinə. Tək-tək dənlənir Forbes jurnalında adı böyük hərflərlə yazılan azərbaycanlılar. Bir-bir güllələnir azərbaycanlılar, həm mənəvi, həm də cismani baxımdan.  Əl saxlayın bir-birinizə qarşı,  yol açmayın qardaş savaşına!
Bəzən mənə elə gəlir ki,  Azərbaycanda Vətən anlayışı heç vaxt olmayıb . Olsaydı, Vətən adına bir səngər olardi Azərbaycanda. Yoxdu, amma əvəzində  hərənin öz səngəri var, hamısı da əleyhimizə işləyir, qarış- qarış bölmək istəyir Vətəni.
Dünya dövlətlərində ən böyük maariflənmə və beyin mərkəzlərinin  institutları olduğu halda, çox təəsüflər olsun ki, bizdə məmur institutları var, “korrupsiya”, “yeyinti”. “otkat” adına.
XÜSUSİ TƏBRİK: Təbriklər, Mübariz Mənsimov!
Sən savaş adamısan! Dünyanın ən hündür dalğalarına qalib gəldin,  Azərbaycan sevgisinə və “Palamli” imzasına sahib adam!
Təbriklər, dalğalarla savaş adamı! 
Əleyhinə yazılan yazılar zərrə qədər sənə xələl gətirməyəcək. Çünki bu gün səninlə savaşanlar nəniki dalğa, heç köpük də deyil.
Ağ varaq ləkə götürməz, dalğalarla savaşan Adam.
Təbriklər, ən hündür dalğalarda üzən Adam!
Savaşın Mübarək, DÜNYA Adamı!
Aqil Alışov
Miq.Az saytının baş redaktoru
Ehtiyatda olan zabit 

COMMENTS