Tahir Məmmədov Şamaxıda islahat aparır, yoxsa gözdən yenədə pərdə asır?

Tahir Məmmədov Şamaxıda islahat aparır, yoxsa gözdən yenədə pərdə asır?

Şamaxı rayonunda son günlərdə ardı-arda xoşagəlməz məlumatlar yayılmaqda davam edir.

Hətta bəzi mənbələr növbəti DTX əməliyyatının məhz şamaxıda olacağını deyirdi. El arasında “Boz Kardinal” kimi tanınnan İcra Başçısı Tahir Məmmədovun sağ əli sayılan köməkçisi Yaqub Yaqubovun rüşvət və vəzifə səlahiyyətlərini aşmasını sübut edən (zəlzələ nəticəsində evlərin bərpasında yeyinti) faktların və səs yazılarının mediada yer alması nəticəsində Prezident Administrasiyasınnan onu işindən dərhal uzaqlaşdırılması göstərişi ilə nəticələndi.

Lakin rayon icra hakimiyyətindən onun işdən azad olunması ilə bağlı mediada məlumat verilməsinə baxmayaraq və bu qədər rüşvət faktının ordata olmasına baxmayaraq o hələdə azadlıqda və hələdə rayondadır. Hətta adı belə iş yerində qalması ilə bağlı dəqiq məlumatlarda olduğu qeyd edilir. İcra Başçısı Tahir Məmmədov güya islahatlar apardığını nümayiş etdirərək “Boz Kardinal” Yaqub Yaqubovla bərabər başçının humanitar sahə üzrə müavini Gülnisə Ələkbərovanı da fikirləri yayındırmaq üçün azad etdi. Rayona mühüm vəzifəyə yeni təyinadta Şamaxıdan deyil Bakıdan oldu. Bu isə Tahir Məmmədovun yerli camaatın nümayəndəsindən heç kimi bəyənməməsindən irəli gəlir.

Ulu öndər Heydər Əliyevin I Katib olduğu vaxtlar onun Şamaxılı kadrlara üstünlük verməsinə baxmayaraq Tahir Məmmədov yerli caamatı bəyənmir, Təyin etdiyi adamlarda özüylə Bakıdan gətirərək təhsil şöbəsinə təyin etdiyi Namiq Nağıyevın təqdimatı ilə, yalnız Namiqin doğmaları Göylər kəndindən olur. Belə ki, 1.Təhsil şöbəsinin müdiri –Göylər, 2.Səhiyyə şöbəsinin müdiri –Göylər, 3.Çaylı kəndi üzrə nümayəndə -Göylər, 4.Şəhriyar qəsəbəsi üzrə nümayəndə -Göylər, 5.Aqrar inkişaf mərkəzinin müdiri –Göylər, 6. Avropa liseyinin müdiri – Göylər və s. Lakin bu da şamaxılıların başına gələn son bəla deyil.  İcra Başçısı Tahir Məmmədov Bakıdan gətirib öz qohumlarına Şamaxıda vəzifə verib.

Tahir müəllimin xalasının həyat yoldaşı Akif Ağayev icra Apparatında mühüm vəzifədə, əmisi oğlu Araz Məmmədov tikintiyə nəzarət idarəsinə rəis, yaxınlıq əlaqələri olan dizayner Elxan İbrahimov icra başçısının müavini və b.Tahir Məmmədovun özbaşnalığı isə siz bilirsiz mən hardan gəlmişəm ifadəsilə müşaiyyət olunması şamaxılıların bütün ümidlərini qırıb.Bu yaxınlarda gəldiyi gündən 1-ci müavin kimi qəbul etmədiyi və onun səlahiyyətlərini “Boz Kardinala”(Yaquba) həvalə etdiyi Qasım Qasımovunda tutduğu vəzifədən uzaqlaşdırıldığı qeyd olunur. Mötəbər mənbələrdən verilən məlumatlara görə bu vəzifəyə Tahir Məmmədovla yaxın münasibətləri olan, “lakin Şamaxılı olan” (qohumbazlıq siyasətinnən uzaq) Dəyanət Musayevin təyinat alacağı bildirilir.

Dəyanət Musayev 4cü və 5ci cağrış Milli Məclisin üzvü Elxan Süleymanovun köməkçisi olaraq 10 il rayonda işlədiyi, yerli camaatı və rayonda işləmək səriştəsi olan adam olduğu bildirilir. Işlədiyi dövrdə deputatın və icra başçılarının təşkil etdiyi tədbirlərdə natiqlik çıxışları ilə yadda qalan namizədin təyinat alması  Tahir Məmmədov siyasətində yəqin ki kadr baxımından dönüş ola biləcək. Dəyanət Musayev kimliyi haqqında internetdə kifayət qədər məlumata rast gəldik.Düzdür belə kadrın əvəzinə yəqin ki, qohumbazlıq və tayfabazlıq kimi amillər imkan verə bilməyəcəyi daha inandırıcı gəlir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS