Tanınmış prodüsser Təranə Səmədova qəza törədib – eksklüziv fotolar

Tanınmış prodüsser qəza törədib.
 
Musavat.com-un məlumatına görə, hadisə “Statistika dairəsi”ndə baş verib. Təranə Səmədovanın idarə etdiyi “Hyundai” markalı avtomobil “Range Rover” markalı avtomobilə arxadan çırpılıb. 
 
Təranə Səmədova bildirib ki, sükan arxasında diqqəti yayındığından, qarşıdakı avtomobili görməyib. 
 
Qeyd edək ki, Təranə Səmədova bir müddət əvvəl yol polisi əməkdaşları tərəfindən sükan arxasında sərxoş vəziyyətdə saxlanılması ilə gündəmə gəlmişdi. Prodüsser bildirib ki, bu dəfə sərxoş olmayıb.
 

COMMENTS