Tbilisidəki aksiyalarda saxlanılanların sayı

Tbilisidəki aksiyalarda saxlanılanların sayı

Gürcüstan polisi Tbilisidə keçirilən etiraz aksiyalarında 133 nəfəri saxlayıb.

Bakupost.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Bildirilib ki, aksiya iştirakçıları qanunla müəyyən edilmiş söz və sərbəst toplaşmaq azadlığının sərhədlərini aşıblar və polisin qanuni tələblərinə tabe olmayıblar.

Məlumatda etirazçıların polisə Molotov kokteylləri, daş və taxta parçaları, digər əşyalar atdığı qeyd olunub. Əlavə edilib ki, qarşıdurma zamanı Gürcüstan DİN-ə məxsus avtomobillər aşırılaraq yandırılıb. DİN qarşıdurma nəticəsində 10 polis əməkdaşının da xəsarət aldığı açıqlayıb.
Qeyd edək ki, polislə vətəndaşlar arasında qarşıdurma səhər saatlarınadək davam edib. Hazırda ərazidə sakitlik hökm sürür, Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa edilib.

COMMENTS