Toplananaların yerini dəyişsək əmsal dəyişmir: “İcra başçılarını dəyişsəkdə sistem dəyişmir”

Bu günə qədər müəmalı olan bir məsələ vardı: Görəsən icra başçılarının yerdəyişmə qanunu ilə kürsü dəyişmələrinin həmin rayonlardakı rüşvətxorluq və maliyyə yeyintiləri prinsipi ilə qurulmuş sistemi nə üçün dəyişmir?

Axı yerdəyişmə ilə belə olsa da həmin adamlar fərqli insanlardır və fərqli üsul-idarə sisteminə malik olmalıdırlar. Adam özünə o sualı da verir ki, nə oldu bütün bu icra başçılarının hamısı oldu rüşvətxor və korrupsioner? Yəni bunların içərisində bir düz-əməlli bir fəaliyyəti olan icra başçısı yoxdur? Məsələ o qədər maraqlı idi ki, ilk əvvəl araşdırma aparıb nə üçün icra hakimlərinin yerini dəyişsək də üsul idarə dəyişmir sualına cavab axtardım. Məktəb zamanı hamımızın bildiyi riyazi düstür vardı: Toplananaların yerini dəyişsək də əmsal dəyişmir. Deməli icra başçılarının yerini dəytişmə prinsipi də, elə buna əsaslanır. Bəs axı necə? Bir-iki icra başçısını çıxmaq şərti ilə bütün icra başçılarının bir-birləri ilə qohumluq bağlarının olduğunu öyrəndik. Qohumluq bağlarının olmadıqlarının isə himayədarlarının qohum olduğunu öyrəndik. Hə, məhz elə bu qohumluq bağları da, sistemin dəyişməsinə mane olur. İndi açacağım məsələnin də, elə bizim icra başçılarına uzaqdan qohumluğu var.

Əhməd Əhmnədzadənin “zənginlik klanı” imperiyası

Sözsüz ki, “Baron” ləqəbli Əhməd Əhmədzadə haqqında eşitmisiz. Əslində bir zamanlar kasıb təbəqənin nümayəndəsi olsa da, tez bir zamanda varlanıb böyük bir var-dövlət klanına sahib olmağa müvəffəq olub? Axı necə? Bu adi məsələdir dövrümüzdə düz yolla varlamnmaq fantastikadan başqa bir şey deyil. Yəni düzgün yaxşı yaşamaq olur, daha bizim “Baron” kimi varlanmaq təbii ki mümkün olmur. Elə biz də onun hansı yollarla varlanmasını öyrənməyə çalışdıq ki, görəsən bizim də başımızın girdiyi koldursa bu üsul-idarəni elə biz də öyrənək. Düzdür hansı yolla varlandığını öyrəndik amma onu da bildik ki, o yollda hər adam “Baron”un yerişini yeriyə biməz…
Keçək mətləbə. Uzun sözün qısası, Əhməd Əhmədzadə hal-hazırda Meliorasiya və Su Təsərərüfatı ASC-nin rəhbəridir. Onun adi bir ASC olmasına baxmayın içərisi “Baron” un hər qarışında, hər maliyyə maxinasiyasında əmək və zəhmətinin olduğu böyük bir idarələr toplusu var ki, məhz o ASC daxili idarələrlə də bölgələrin korrupsiya müstəvisində səyahətini başa vurmaq mümkün olur. Əvvəla bir yanlışlığı düzəltmək istərdik. Bizim “Baron” sırf maxinasiyalar üzərində birdən-birə də varlanması məsələsi bir az fərqlidir. Yəni əldə etdiyimiz məılumata görə Əhməd Əhmədzadənin varlanması üçün təkan və onun nisbətən daha varlı cəmiyyət içərisinə təmsil olunması məhz onun Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evlənməsi sayəsində baş verib. Bundan sonra isə necə deyərlər “Baronun” bəxti hərtərəfli açılıb.

İndi bir az əvgvəl qeyd etdiyimiz ismi qulağa sadə gələn ASC-nin içərisindəki adı idarə, özü pul sovuran sistem olan “idarələr”in adını və saylarını sadalasaq lap yerinə düşər.

1. ASC Suvarma Sistemləri İdarələri – 48 idarə
2. Kollektorların İstismar idarələri – 8 idarə
3. Su Ambarları, Hidroqovşaqların və Magistral Kanalların İstismar İdarəsi – 13 idarə
4. Meliorasiya idarələri- 4 idarə
5. Mexaniki Suvarma İdarələri- 10 idarə
6. Subartezan Quyularının İstismarı idarələri – 9 idarə
7. Melioservis İdarələri – 23 idarə

Qeyd edək ki, Meliorasiya və Su Təsərərüfatı ASC-nin tərkibində 120 idarə olsa da əldə etdiklərimiz 7 idarənin tərkibində olan idarələrin sayları ilə bağölı faktlar bunlardır. Digərlərinin adlarını sadalaya bilərik. Amma həmin idarələrin nəzdinə neçə idarənin daxil olması haqqında hələ ki informasiyamız yoxdur.

8. Azmelsutəsərrüfat –ASC
9. Texnoloji İslahat və Komplektləşdirmə İdarəsi
10. Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu
11. Azərbaycan Elmi-Tətqiqat Su Problemləri İnstitutu
12. Azərbaycan Hidrotexnika və Meliorasiya Elm İslahat Birliyi
13. Hidrogeoloji Meliorativ Xidmət İdarəsi
14. Tiukintidə olan Meliorasiya və İriqasiya Obyektlərinin Birləşmiş İdarəsi
15. Bəhrəmtəpə Dəmir Beton Zavodu

Göründüyü kimi eyni adlı və eyni iş prinsipli bir neçə idarə elə eyni ASC-yə daxil olsalar da ayrı-ayrılıqda fəaliyyət göstərir. Bəs bu nə üçündür? Əlbəttə ki, maliyə köçürmələrinin yaxşı işləməsi üçün nə qədər idarə çox olsa nə ASC basılar, nə də Əhməd Əhmədzadənin cibi…Çünki bütün bu idarələr imperiyasının sahibinin əlinin altında nə az, nə çox düz 25 minə yaxın işçi işləyir. Mənbə bildirir ki, Əhməd Əhmədzadənin bir illik gəliri təqribən 1 milyardı ötür. Hələ bu harasıdır, araşdırmalar zamanı belə açıq aydın görünür ki, hər bir idarəınin adında ayrı-ayrılıqda yüz milyonlarla pul köçürmələri əməliyyatı aparılıb. Misal üçün əlimizdə olab 2013-cü ildəki mıəlumatlara əsasən Meliorasiya və Su Təsərərüfatı ASC-nin tərkibindəki sadəcə Texnoloji İslahat və Komplektləşdirmə İdarəsi düz 18 milyon 132 min köçürmə əməliyyatı həyata keçirib. Bu azmış kimi Əhməd Əhmədzadə fürsətdən istifadə deyib il ərzində Prezidentin Ehtiyyat Fondundan da min bir dillə pul almaq imkanına malikdir. Buna əyani subut olaraq bildirək ki, Meliorasiya və Su Təsərərüfatı ASC-nin rəhbərliyi əldə etdiyi o qədər vəsait və dövlətdən çaldıqları yetməzmiş kimi elə bu ilin yanvar ayında Prezidentin Ehtiyyat Fondundan ASC-nin büdcəsinə 15 milyon manat vəsaitin köçürülməsinə də müvəffəq olmuşdur.
İndi gəlki, bu qədər maxinasiyalarla əldə edilən pul dalğasının qabağında spözü gedən “Baron” regionlarda suvarma sistemlərinin çəkilməsi və sairə kimi öz idarələr imperiyasına aid olan işləri lazimi qaydada yerinə yetirirmi? Əlbəttə ki yox. Əgər Əhməd Əhmədzadənin idarələr imperiyası bir işə yarayıb dövlətə xidmət etmirsə, görəsən nə üçün onun dövlət büdcəsinə xeyri dəyməyə-dəyməyə büdcədən “pul sovurma” əməliyyatına göz yumulur. Hələ bu azmış kimi onun üçün istənilən şərait də yaradılır.

Hazırda “manatın” devalvasiyası start almasını nəzərimizdə saxlayaraq, bu kimi pul maxinasiyalarının reallaşmasını dayandırmaq lazımdır. İqtisadi böhran sadəcə kasıb təbəqəyə şamil edilməməlidir. Bu gün hər bir kəs Əhməd Əhmədzadənin var dövlət klanından istəyir. Amma bunun üçün heç kəs dövləti soymur, bunun üçün heç kəs öz dövlətinin cibini yarıb, pulunu mənimsəyib, əhalisinin üzərində qoçuluq etmir…

Ata gedən yolları bala qarış-qarış gedir…

Bəli, bu atalar sözünü biz müasir standartlara uyğun şəkildə məhz Əhməd Əhmədzadənin şərəfinə və onun “Baron-2” adını verə biləcəyi biznesmen oğlu Cümə Əhmədzadənin şərəfinə necə deyərlər deformasiyaya uğratdıq. Azərbaycan Respublikasının müdrik qanunvericiliyi sağ olsun ki, bu məmurların acgözlüyünü nəzərə alıb və onları qanunla bizneslə məşqul olmalarını qadağan edib. Bunun yaxşı tərəfi ondan ibarətdir ki, acgöz məmurlar məcburiyyət qarşısında öz bizneslərini öz övladlarının üzərində qurmalı olurlar. Bu da onların övladlarının “nə yoğurdum, nə yapdım hazırca kökə tapdım” prinsipi ilə nəticədə “biznesmen” oldurur. Bu məsələnin pis tərəfi odur ki, bizim məmurların bizneslə məşqul olması qanuni şəkildə qadağan edilir. Onlar isə bunu elə anlayırlar ki, guya qanuni şəkildə bizneslə məşqul olmaq olmaz. Saxta yolla isə olar. Əgər belə olmasaydı bu gün bizim məmurlar handa bir oliqarx olmazdı. Və ya bu gün “Baron 1”, “Baron 2” -lərimiz də olmazdı…
“Baron 2”-dən, yəni Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadədən söz düşmüşkən, qeyd edək ki, o ASC-ləri həm daxildə, həm də xaricdə artırmaqla məşquldur. Deməli bu kiçik Baron İngiltərədə “ALPS s.r.o” şirkətinə, Çexiyada “GYUNEL LİMİTED” və “GLOBALLY LTD” şirkətlərinin sahibidir. Amma bunlarla kifayətlənməyən Əhməd Əhmədzadə işini sağlama alıb və bir çox oğlunun biznesinə daxil yerli biznes şirkətlərinin təsisçiliyini əlində saxlayıb. Elə buradan da, mənbə izinə düşərək, Əhmədzadələrin digər şirkətlərinin də adını nəzərinizə çatdırmağa müvəffəq olub:

1. “Advisors CO.”
2. “Proyekt”
3. “Muğal” Məhdud Məsul Cəmiyyəti
4. “Uluyurd” Məhdud Məsul Cəmiyyəti

Bunların sahibliyini Əhməd Əhmədzadə oğlu Cümə Əhmədzadəyə həvalə etsə də, türk demişkən ipi sağlam kazağa bağlamaq istəyi ilə təsisçiliyini öz adında saxlayıb. Elə buna görə də, araşdırmalar zamanı istənilən materialı əldə etmək mümkün oldu. Bununla yanaşı Cümə Əhmədzadə bir sıra otel zəncirlərinin də sahibidi. Misal üçün “El-Resort oteli”, “İlisu Uludağ Turizm və İstirahət Kompleksi və sairə…
Bir məsələni də nəzərinizə çatdırmaq yerinə düşərdi. Deməli bizim Əhməd Əhmədzadə kimi bir çox məmurlarımızın xaricdə şirkət açmalarının iki səbəbi var. Bu yenə də dövlətdən maliyə köçürməsini daha asanlaşdırmaqdan irəli gəlir. Yəni tutalım ki, bir məmurun ölkədaxilində olan bir şirkətindən hər hansısa bir yolun abadlaşdırılması üçün sərf olunan materialı əldə edərkən alqı-satqı məsələrini çox zaman ört-bastır etmək mümkün olmur. Sonuc olaraq, həmin məmurlar bir-birlərinin qarşısında pis vəziyyətdə qalırlar. Bəzən də müəyyən şantajlara məruz qalmamaqdan ötrü və daha çox maliyə köçürməsi etmək üçün həmin şirkəti xaricdə açırlar. Sonra hər hansısa bir yolun təmiri üçün istifadə olunan materialı guya xaricdən alırmış kimi elə xaricdəki özlərinə məxsus şirkətdən iki qat qiymətə alırlar. Bu da məmurlar arasında guya nisbətən qanuniləşmiş pul köçürmə əməliyyatı hesab edilir. İndi bir çox məmurlar təcrubələnib və tranzit haqqını nəzərə alıb, xarici şirkət adı altında elə ölkə daxilində şirkət açırlar. O zaman iki qat mənfəət əldə edə bilirlər. Ona görə də, bu gün ölkədə fəaliyyət göstərən xarici şirkətlərin 55-60 % nın sahibi elə yerli məmurlardır.

Əhmədzadənin icra başçısı qohumları kimlərdir?

Əvvəldə qohumluq əlaqələri olan icra başçılarından danışmışdıq. İndi də gəldik həmin məsələyə. Əvvələ ondan başlayaq ki, Zaqatala İcra Başçısı Mübariz Əhmədzadənin rayonu soyub soğana çevirməsi haqqında geninə-boluna məlumatlar eşitsəkdə nə hələ postunun dəyişməsi ilə bağlı qərar verilməyib…Görəsən nə üçün? Hə məsələ də elə burasındadır. Sən demə Zaqatala icra başçısı Mübariz Əhmədzadə soyadından da göründüyü kimi səhərdən bütün var dövlət klanını təsvir etdiyimiz Əhməd Əhmədzadənin dost-doğmaca qardaşıdır. İndi siz deyin “Baron” ləqəbli Əhmədzadənin qardaşına kim gözünün üstə qaşın var deyər ki? Bu hələ son deyil. Elə düz Zaqatalanın yanında yer alan Qax rayonunun icra başçısı isə sözü gedən Əhmədzadələrin xalası oğlu Musa Şəkiliyevdir. Ona görə də, Zaqatala və Qax rayonlarını bütünlükdə Əhmədzadələrin şəxsi mülkü hesab etmək olar. Belə ki, öz qohumluq əlaqələrindən istifadə edən Əhmədzadələr demək olar bütün Zaqqatala-Qax zonasını öz əllərinə almağı bacarıblar. Əhali rayonda mövcud olan abu-havadan narazı olsa da, Əhmədzadələr hallarından olduqca razıdırlar. Sözü gedən rayonlardakı Əhmədzadələrin cah-cəlalından daha sonra geniş məlumat verəcəyimiz üçün ətraflı bu haqda verib oxucuları bu boyda informasiya yükü ilə yükləmək istəmirik. Çünki indi daha önəmli bir məlumatı nəzərinizə çatdırmaq istəyirik. Əhmədzadələrin qohumluq zənciri daha hansı postlara yiyələnib?

Mübariz Əhmədzadənin kürəkəni Elyar – Rabitə nazirliyində məsul vəzifədə çalışır.

Dövlət Sosial Müdaiə Fondunun Qax rayon Şöbəsinin müdiri Vüqar Əhmədzadədir.

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini Coşqun Əhmədzadədir.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Idarənin bu yaxınlarda vəzifəsindən azad olunan rəisi və polis polkovniki Cavad Şixəliyev isə Əhməd Əhmədzadənin bacısının yoldaşıdır.

Göründüyü kimi bu sadəcə bir klanın “cibdoldurma prinsipinə əsaslanan” pul sovurma siyasətini gerçəkləşdirən bir məmurun ailə zənciri və biznes bağlarının tablosudur. Faktlarla bağlı araşdırmalarımız adavam etdirilir. Növbəti saylarımızda Qax və Zaqatala rayonlarının qohum icra başçılarının əldə etdiyi mənfəətlərdən və Qax-Zaqatala rayonlarındakı meşənin necə və hansı məqsədlərlə məhv edilməsindən danışacağıq…

COMMENTS