Toydan qayıdan kişi özünü asdı

Toydan qayıdan kişi özünü asdı

Masallıda intihar hadisəsi baş verib

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini Xudaquliyev Bəxtiyar Ağadadaş oğlu yaşadığı evdə özünü asıb.

Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. Məlumata görə, mərhum uzun illər Rusiyada yaşayıb. Bir müddət əvvəl Azərbaycana qayıdan B.Xudaquliyev ötən gün qardaşı oğlunun sünnət toyunda iştirak edib. Toydan evə qayıdan B.Xudaquliyev özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS