“Trabzonspor”a ağır cəza

“Trabzonspor”a ağır cəza

Türkiyə Futbol Federasiyası superliqanın 30-cu turunda keçirilən qalmaqallı “Trabzonspor” – “Fənərbaxça” matçı (0:4) haqda qərar verib.

Qol.az-ın goal-com-a istinadən yaydığı məlumata görə, qərara əsasən ev sahibi komanda ağır cəzalanıb.

Qaradənizlilər 4 ev oyununu azarkeşsiz keçirəcək. Bundan başqa klub 915 min lirə cərimə olunub.

Qeyd edək ki, sözügedən oyunun  sonlarına yaxın yerli azarkeşlərdən biri meydana daxil olub, köməkçi hakimə zərbə endirmişdi. Matçın 88-ci dəqiqəsində isə trabzonlu azarkeşlər meydana daxil olduğu üçün qarşılaşma yarımçıq dayandırılmışdı.

Dosye.org

COMMENTS