Tramp və Baydenin rəqib olacağı dəqiqləşdi

Tramp və Baydenin rəqib olacağı dəqiqləşdi

ABŞ-da keçirilən ümumi seçkilər öncəsi Demokratlar Partiyasından prezident Co Bayden və Respublikaçı keçmiş prezident Donald Trampın nümayəndələrinin sayı namizədlik üçün lazım olan sayıya çatıb və hər ikisinin seçkidə rəqib olacağı bəlli olub.

DOSYE.ORG-ın xarici mediaya istinadən məlumatına görə, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdığından, çərşənbə axşamı Corciya, Vaşinqton və Missisipi ştatlarında Demokratlar və Respublikaçılar partiyaları praymeriz keçirib.

Demokratlarda rəqibsiz olan Bayden və Respublikaçılarda yaxın günlərdə rəqibsiz qalan Tramp hər üç ştatda keçirilən praymerizdə qalib gəlib. Bayden Corciyada 95 faiz, ölkənin şimal-qərbində yerləşən Vaşinqtonda 85 faiz və Missisipi ştatında 98 faiz səs toplayaraq bütün partiya nümayəndələrini qazanıb.

 

COMMENTS