TRT reportyoru canlı yayımda rüsvay oldu

Devalvasiya müzakirələrindən öncə sosial şəbəkələrdə ən çox söhbəti gedən mövzulardan biri ANS Tv-nin Vaşinqtonda çalışan əməkdaşı Qənirə Ataşovanın Ağ Ev rəsmisinə ingilis dilində verdiyi sualın bərbad olması idi. 
 
Həmvətənlərimiz bu mövzuda ifrata varan həssaslıq nümayiş etdirir, jurnalisti ingilis dilini pis bilməkdə qınayırdılar. 
 
Bu günlərdə TRT telekanalının reportyorunun da təxminən eyni duruma düşdüyünü göstərən videokadrlar yayılıb. 
 
Aşağıda izləyəcəyiniz videoda görünür ki, TRT-nin idman reportyoru basketbolçu qıza sual verir, ancaq qızın onun sualını dəqiqləşdirmək üçün verdiyi təkrar suala cavab vermədən “okey, okey” – deyərək, söhbəti bitirir

COMMENTS