Türk ordusu türkmənlərə görə Suriyaya girdi

İngiltərənin  “The İndependent” qəzeti sensasion iddia irəli sürüb. 
 
Avropa.info  xəbər verir ki,  qəzet  Türkiyənin Suriyada tələb etdiyi təhlükəsiz zona yaratmaq üçün ilk addımı atdığını və Azez şəhəri ətrafına yerləşəcək  türkmən qüvvələrinin Suriyaya girişinə yardımçı olduğunu yazıb.
 
Məlumata görə, Türkiyə  ordusu türkmən döyüşçüləri zirehli vasitələrlə müşayiət edərək Bab Əl Salam üzərindən Azeze  şəhərinə girib düşərgə qurmalarına yardımçı olub.
 
Bab Əl Salam  Kilis Öncüpınar sərhəd qapısının Suriya tərəfində yerləşir.
 
Türkiyənin  türkmənləri  bölgəyə yerləşdirilməsindən yazan qəzet, bunu Türkiyənin ilk dəfə olaraq Suriya ərazisinə müdaxiləsi kimi qiymətləndirir. Qəzetin iddiasına görə, Türkiyənin son addımı kürdlərlə etnik münaqişəyə səbəb ola bilər.
 
“Türkmən liderlər minlərlə türkmənin şimali Suriyadakı evlərindən kürdlər   tərəfindən zorla çıxardığını və bəzilərinin IŞİD nəzarətindəki bölgələrə getmək məcburiyyətində qaldığını deyir.”
 
Yazıda Tel Abyadın  keçmiş bələdiyyə şurasının üzvü Əhməd əl-Hacın fikirlərinə yer verilib: 
 
“Keçən ay Rakkanın şimalındakı yüksək səviyyəli bir kürd komandir Türkmənlərə “Ərazidən çıxıb getməsəniz evləriniz və məktəbləriniz koordinatlarını IŞİD əleyhinə olan  koalisiya qüvvələrinə
verəcəyik” dedi. Təhdidləri işə yaradı, insanlar evlərini tərk edib getdi””.
 
Qəzetin  yazdığına görə,  türkmənlər  iyun  ayının sonundan  etibarən  PKK-nın Suriya qolu  YPG tərəfindən  5 min nəfərin öz ata-baba yurdlarından çıxarıldığını deyirlər. Məlumatlara görə, daha 8 min türkmən  torpaqlarını tərk edərək, İŞİD-in nəzarətindəki Rakka şəhərinə doğru gediblər. 
 
 
Türkmənlərin  Türkiyənin  “bufer zona” ideyasını dəstəklədiyi bildirilən yazıda  Suriya Türkmən Məclisi sədri Abdürrahmən Mustafanın bu sözləri yer alır:
 
“Bu çox önəmli bir fürsətdir. Təhlükəsiz zonanın yaradılması üçün iki ildir ki çağırış edirik . Əgər daha əvvəl tətbiq olunmuş olsaydı insanlar  Əsədin çən bombalarından  qurtula bilərdi. Türkmənlər artıq PKK-dan da, İŞİD-dən də bezib.”
 
Türkiyənin  Suriya siyasətini  “İndependent” qəzetinə şərh edən İngiltərədən bir diplomatın sözləri də xəbərdə yer alır:
 
“PKK-nın hücumları  oda benzin tökür. Amma türklərin təmkinli olmaları üçün çalışırıq. Amerikalılar qətiyyətlə  YPG-yə  dəstək vermək fikirindədir.”
 
Qəzetə danışan ingilis diplomata görə, Azez bölgəsində onsuz da gərgin olan etnik münasibətlərə türkmən qüvvələrinin göndərilməsinə yardımçı olmayacaq.
 
Qəzetin yazdığına görə, Türkiyə ABŞ-ın xəbəri olmadan Suriyaya girib. 

COMMENTS