Türk pilotdan UNO etirafı

Türk Hava Yollarında uzun illərdir çalışan pilot İbrahim Bilir, 5 il əvvəl bir UNO gördüyünü açıqlayıb.

Pilot yaşadığı bir hadisədən sonra UNO-lara (Uçan naməlum obyektlərə) inanmağa başlayıb. Bizimyol.info xəbər verir ki, UNO-lara inanmayan Bilir, yaşadığı hadisəni belə danışıb. “2010-cu ildə Osakadan dönərkən UNO gördük. Kabinada 4 nəfər idik. 6 saat sonra 11 min metr yüksəklikdə güclü bir işıq gördük. İşıq çox yanımıza gəldi. Obyekt düz üstümüzə gəlirdi. Güclü işığı olduğu üçün obyektin tam olaraq hansı formada olduğunu anlamadıq. Təxminən 35 saniyə davam etdi. Artıq 5 ildən çoxdur ki, UNO-ların olduğuna inanıram”

İbrahim Bilir “Bunlar göz yanılması ola bilərmi?” sualına belə cavab verib: “4-müz də eyni anda bunu görmüşük. Əgər tək olsaydım bunun uydurma olduğunu demək asan olardı, amma biz 4 nəfər idik.”

COMMENTS