Türkiyə İŞİD-ə zərbələr endirdi

Hazırda İŞİD-in mövqelərinin atəşə tutulması davam edir

 

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədində İŞİD terror qruplaşmasının mövqelərini atəşə tutub.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.

Diyarbəkirdə yerləşən Hərbi Hava Qüvvələrinin bazasından havaya qalxan F-16 qırıcıları sərhədboyu kəşfiyyat xarakterli uçuşlar həyata keçirib.

Daha sonra isə sərhədboyu yerləşdirilən toplarla İŞİD-in hədəfləri vurulub.

Hazırda İŞİD-in mövqelərinin atəşə tutulması davam edir.

Türkiyə Silahlı Qüvvələri isə Suriya sərhədində hərbi texnikanın və əsgərlərin sayını artırıb.

COMMENTS