Türkiyə “Lotu Quli” barədə qərar verdi

“Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov bu gün azadlığa buraxılıb.

Dosye.org missiya.az-a istinadən bildirir ki, “Lotu Quli”nin yaxın ətrafından verilən məlumata görə, İstanbulda saxlanıldığı müddət ərzində Nadir Səlifov barədə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində onun Türkiyədə qalmasında heç bir qeyri-qanuni halın olmadığı müəyyən edilib. Ona görə də Nadir Səlifov bundan sonra da Türkiyə ərazisində yaşaya biləcək. Onun sərbəst buraxılması barədə qərar bir neçə saat əvvəl çıxarılıb.

Dosye.org

COMMENTS