Türkiyə superkubokunu “Fənərbaxça” qazandı

Türkiyə superkubokunu “Fənərbaxça” qazandı

Dünən Türkiyə superkubokunun oyunu keçirilib.

 

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə son Türkiyə çempionu “Fənərbaxça” və ölkə kubokunun sahibi “Qalatasaray” komandaları üz-üzə gəlib.

Manisada keçirilən oyun Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Matçın əsas vaxtında qapılara qol vurulmayıb – 0:0. Əlavə vaxtda da hesab açılmayınca penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan “Fənərbaxça”lı futbolçular superkuboka sahib çıxıblar – 3:2. 

Qeyd edək ki, ötən mövsüm də superkubokda bu komandalar üz-üzə gəlmiş və “Qalatasaray” Didye Droqbanın vurduğu yeganə qolla fəxri mükafata sahib çıxmışdı.

25 avqust

Türkiyə superkuboku

22:30. “Fənərbaxça” – “Qalatasaray” – 0:0 (Penaltilər seriyası – 3:2)
Mustafa Kamil Abitoğlu
Manisa. 19 may stadionu

PENALTİLƏR SERİYASI:

“Qalatasaray”: + – – – +

“Fənərbaxça”: + – – + +

Penaltini dəqiq vuranlar: Olcan Adin (“Qalatasaray”), Dirk Kuyt (“Fənərbaxça”), Raul Meyreleş (“Fənərbaxça”), Burak Yılmaz (“Qalatasaray”), Kadleç (“Fənərbaxça”)

Penaltini dəqiq vura bilməyənlər: Səlçuk İnan (“Qalatasaray”), Caner Erkin (“Fənərbaxça”), Felipe Melo (“Qalatasaray”), Mehmet Topuz (“Fənərbaxça”), Yekta Kurtuluş (“Qalatasaray”)

COMMENTS