Türkiyədə İŞİD-lə əlaqəsi olan 150-yə yaxın şəxs saxlanılıb

Türkiyədə İŞİD-lə əlaqəsi olan 150-yə yaxın şəxs saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinənlərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat verib.

Bildirilir ki, ölkənin 30 əyalətində eyni vaxtda həyata keçirilən “BOZDOĞAN-17” əməliyyatlarında 147 şübhəli yaxalanıb.

Onun sözlərinə görə, təxminən bir il ərzində İŞİD üzvlərinə qarşı ümumilikdə 1 329 əməliyyat keçirilib və 2 919 şübhəli saxlanılıb:

“Biz ilin 365 günü, dörd mövsüm, 12 ay, gecə-gündüz əməliyyatlar təşkil edirik. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək”, – deyə nazir vurğulayıb.

COMMENTS