Türkiyədən Rusiyaya sərt PKK cavabı: İnsan hüquqlarından danışmağınız qara yumordur

Türkiyə  Xarici İşlər Nazirliyinin  sözçüsü Tanju Bilginc  Rusiyanın başqalarına insan hüququ dərsi keçməyə çalışmasının “qara yumor” nümunəsi olduğunu deyib.

Avropa.info xəbər verir ki, Bilginc  Rusiya xarici işlər nazirliyinin Türkiyənin PKK-ya qarşı apardığı əməliyyatlarla bağlı verdiyi  bəyanat haqqında danışıb.

Tanju Bilginc deyib: “Demokratiya, hüquqi dövlət və insan haqları mövzusunda kimliyi  hamıya yaxşı məlum olan, beynəlxalq hüququ açıq şəkildə pozaraq Ukrayna və Gürcüstan kimi qonşu ölkələrdə birbaşa müharibə yolu ilə etdikləri bütün dünyada hiddət doğuran, Suriyada əli qanlı diktatorun bəşəriyyətə qarşı törətdiyi dəhşətli cinayətlərə hər cür siyasi və hərbi dəstəyi təmin edən və son olaraq yüzlərlə mülki vətəndaşın ölümünə səbəb olan bombardmanları həyata keçirən bir ölkənin başqalarına insan hüququ dərsi verməyə çalışması yalnız  qara yumor nümunəsidir”.

COMMENTS