Türkiyəli diplomatı öldürən erməninin yerini deyənə 1 milyon dollar MÜKAFAT

Türkiyəli diplomatı öldürən erməninin yerini deyənə 1 milyon dollar MÜKAFAT

Avstraliyanın Yeni Cənubi Uels ştatı türkiyəli konsul və mühafizəçisini qətlə yetirən şəxs yaxud şəxslər barədə informasiyaya görə 1 milyon dollar mükafat təyin edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin hadisə 1980-ci il dekabrın 17-də baş verib və üstündən 39 il keçməsinə baxmayaraq üstü açılmayıb.

“Canilərin tapılması üçün təyin olunan mükafat 250 min dollardan 1 milyon dollara qaldırılır. Bu tarixdə cinayətkarı yaxalamaq üçün təyin olunan ən böyük məbləğdir”- deyə rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, Türkiyənin Sindey şəhərindəki konsulu Şarık Arıyak və mühafizəçisi Engin Severin qətlinə görə ermənilərin ASALA terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

DOSYE.ORG

COMMENTS