Baş nazirin müavinindən sərsəm AÇIQLAMA- “Ermənilər bu ölkənin bir parçasıdır”

Türkiyə baş nazirinin müavini Bülent Arınç İstanbulda erməni litseyində məzuniyyət tədbirində iştirak edib. Məlumata görə, tədbirdə çıxış edən Arınc tarixdəki üzücü hdisələrdən kozr kimi istifadə etməyin doğru olmadığını deyib.

“Kədərli hadisələri hər gün gündəmə gətirərək günahkar axtarmaq doğru deyil. Tarixdə baş vermiş hadisələri tarixçilər araşdırmalı, lazım olsa arxivlərə də girərək ciddi araşdırma aparmalıdır. Hesab edirəm ki, bundan siyasi kozr kimi istifadə etmək, bu gözəl ölkəni, bu cənnət vətəni günahkar elan etmək doğru deyil”.

Ermənilərin Türkiyənin bir parçası olduğunu deyən Bülent Arınç onlar olmayacağı təqdirdə əskik qalacaqlarını bildirib:

“Biz bu ölkənin tamamıyıq, birlikdə Türkiyəyik. Erməni vətəndaşlarımız da bu ölkənin bir parçasıdır. Siz olmasanız biz əskik qalarıq. Bu ölkənin dəyərləri, hamımızın dəyərləridir. Onlara hörmət eləmək də hamımızın üstünə düşən vəzifədir. Türkiyə Cümhuriyyətinin vətəndaşı olan hamımız, etnik mənsubiyyəti və inancı səbəbiylə fərqli deyildir. Biz bu ölkənin birinci sinif vətəndaşlarıyıq. Birimizin, digərindən üstün olmasından söhbət gedə bilməz.”

Ermənistanla münasibətlərin yaxşı olmasını və sərhədlərin açılmasını arzuladıqlarını deyən baş nazirin müavini problemin təməli olan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması barədə heç nə deməyib.

Dosye.org

COMMENTS