Türkiyədə seçkiyə start verildi

Türkiyədə prezident seçkisinə start verilib.

 

ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 10:00-da başlayan seçkilər 19:00-a kimi davam edəcək. Seçkilərdə 52 milyon 894 min 115 qeydiyyata alınmış seçici iştirak edəcək.

Türkiyənin 12-ci prezidenti ilk dəfə millətin verəcəyi səslərlə müəyyən olunacaq.

Yeni prezident 5 il vəzifə yerinə yetirəcək və 5 il sonra keçiriləcək seçkilərə də qatıla biləcək.

Seçkidə Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan, Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş və CHP-MHP-nin ortaq namizədi Ekmələddin İhsanoğlu mübarizə aparacaq.

COMMENTS