Türkiyədən İsrailə qarşı şok iddia

Türkiyə Böyük Millət Məclisi sədri Məhmət Əli Şahin HƏMAS tərəfindən qaçırıldığı iddia edilən 3 gənclə bağlı təəccüb doğuracaq iddialar səsləndirib.

 

Şahin qaçırılan 3 gəncin İsrail tərəfindən qaçırıldığını iddia edib.

Spiker İsrailin fələstinlilər ilə HƏMAS-ın arasını vurmaq üçün gəncləri qaçırdığını bildirib.

Şahin açıqlamasında İsrailin Baş naziri Binyamin Netanyahunun Fələstin Prezidenti Mahmud Abbasa HƏMAS-dan imtina etmələrini istədiyini də bildirib. İsrailin 3 gənci şüurlu şəkildə qaçıraraq öldürməsinə başqa bir səbəbin də olduğunu qeyd edib. Belə ki, Fələstin Qurtuluş Ordusu və HƏMAS əvvəllər bir-biri ilə savaşırdılarsa, sonradan aralarındakı ədavəti bir kənara qoyub birləşmək qərarı verdilər. Bu isə İsrailin maraqlarına xidmət etmirdi. /Axar.az/

COMMENTS