TQDK-nın mətbuat xidməti məsüliyyətdən yayınır

TQDK-nın mətbuat xidməti məsüliyyətdən yayınır

Bir neçə gündür ki, jurnalistlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməti ilə əlaqə saxlamaq istəsələr də, bu, əsl problemə çevrilib. Heç TQDK mətbuat katibi Elnur Nağızadə də telefonlara cavab vermir.

 

Qaynar.info olaraq biz də dəfələrlə Elnur Nağızadə ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, etdiyimiz zənglər cavabsız qaldı.
TQDK-nın ictimaiyyətlə münasibətlərini bu şəkildə məhdudlaşdırması isə ciddi maraq doğurub. Hətta iddia olunur ki, qurumda ciddi yoxlamalar gedir, həmçinin dəyişikliklərin olması da istisna edilmir. Mövzunu diqqətdə saxlayacağıq.

COMMENTS