Üçüncü ölkəyə təhfil verilən erməni əsir tapıldı

Üçüncü ölkəyə təhfil verilən erməni əsir tapıldı

Dosye.org FaktXəbər-ə istinadən verdiyi məlumata görə, Akop İnciqulyanın qohumları onun yerini tapıblar.

 

Üçüncü ölkəyə təhfil verilən əsirin qardaşı Arutyun İnciqulyan Akopun hazırda Rumınyada qaçqınlar düşərgəsində olduğunu bildirib. Sabiq girov Skyape vasitəsiylə qohumları ilə danışır.

 

Ancaq videokamera olmadığından söhbət zamanı görüntü olmayıb. Xatırladaq ki, Akop İnciqulyan hərbi xidmətdlə olarkən əsgər yoldaşları tərəfindən döyüldüyü üçün Azərbaycan tərəfinə könüllü keçmişdi.

 

O, avqust ayının sonlarında üçüncü ölkəyə təhfil verilmişdi. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi məlumatı təsdiqləsə də əsirin yerini bilmədiyini demişdi.

 

Hazırda Akop İnciqulyanın yeri barədə rəsmi məlumat yoxdur, böyük ehtimalla olmayacaq da. Onun gələcəkdə başqa ölkəyə köçürüləcəyi də istisna deyil.

 

Yeri gəlmişkən bildirək ki, sabimq əsirin hansı ölkəyə göndərildiyi barədə ilk dəfədir ki, məlumat verilir. Çünki bu informasiya məxfi xüsusiyyət daşıyır.

COMMENTS